Moskvada Ermənistan nömrəli “Range Rover” qadını vuraraq öldürdü – VİDEO

Dünya

Moskvada avtomobil səkiyə çıxaraq qadını vurub.

Qəza Dmitrovski şossesinin Dubninski keçidi ilə kəsişməsinə yaxın ərazidə baş verib.

Ermənistan nömrəli “Range Rover” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Qəza nəticəsində avtomobil aşıb, onun vurduğu qadın isə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Qəzanın baş vermə şəraiti müəyyən edilir.

Mənbə: “Podyom” Teleqram kanalı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir