Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twiter” hesabında məlumat verib.
Diplomat qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də “Türkiye” olaraq qeyd edirik. Xeyirli olsun!”, – Çavuşoğlu yazıb.
Beləliklə, bundan sonra Türkiyə (“Türkiyə”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Türkey, Turkei, Turquie və s.) kimi istifadə olunacaq.
Ülkemizin marka değerini yükseltmek için Sayın Cumhurbaşkanımız @RTErdogan liderliğinde başlattığımız süreç nihayete eriyor.
BM Genel Sekreteri’ne bugün gönderdiğim mektupla ülkemizin BM nezdinde yabancı dillerdeki adını da “Türkiye” olarak tescil ediyoruz.
Hayırlı olsun! ?? pic.twitter.com/Zd9UIv2eVy
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 31, 2022
www.RIA24.az