“Rammstein” Ukraynaya dəstəyini bir daha ifadə etdi – FOTO/VİDEO

Dünya

“Rammstein” qrupunun musiqiçiləri İsveçrədəki konsertləri zamanı “Engel” mahnısının sədaları altında Ukrayna bayrağını dalğalandırıblar.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Elə musiqiçilərin özləri də “Facebook” səhifələrində təxminən 50 000 pərəstişkarın qatıldığı konsertdən “Çiyin-çiyinə, bir daha heç zaman yalnız olmayacağıq” qeydi ilə (“Armee der Tristen” mahnısından) həmin anın görüntülərini paylaşıblar.

Qeyd edək ki, əfsanəvi rok qrup müharibənin ilk günlərindən Ukraynaya dəstəyini ifadə edib.

“Rammstein” qrupu Rusiya hökumətinin hücumuna müqavimət göstərən Ukrayna xalqına dəstəyini ifadə etmək istəyir. Ukrayna xalqının iztirablarına görə xüsusi kədərimizi ifadə edirik”, – deyə onlar yaydıqları dəstək bəyanatında bildirmişdilər.

Mənbə: ZN.ua

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir