Qaret Beyl “Real Madrid”lə vidalaşıb.
Uelsli futbolçu 2013-cü ildən klubda çıxış edir. “Madrid”in tərkibində o, beş dəfə Çempionlar Liqasının və üç dəfə İspaniya çempionatının qalibi olub. Bu yay o, müqaviləsi başa çatdığı üçün komandadan ayrılır.
“Bu mesajda mənə dəstək olan keçmiş və indiki bütün tərəfdaşlarıma, məşqçilərimə, heyətimə və azarkeşlərimə təşəkkür etmək istəyirəm.
Mən bura doqquz il əvvəl “Real Madrid”də oynamaq arzusunu həyata keçirmək istəyən bir gənc kimi gəlmişdim: o ağ formanı geyinmək, sinəmdə o nişanı görmək, “Santyaqo Bernabeu”da oynamaq, titullar qazanmaq və bu klubun məşhur olduğu işin – Çempionlar Liqasını qazanmasının bir hissəsi olmaq.
İndi mən arxaya baxdıqda və yaşadıqlarımı düşündükdə dürüstcə etiraf edə bilərəm ki, bir yuxunu həyata keçirmişəm – və daha çox şey etmişəm.
Bu klubun tarixinin bir parçası olmaq və əldə etdiklərimizə nail olmaq heç vaxt unuda bilməyəcəyim inanılmaz təcrübə oldu.
Mənə bu klubda oynamaq imkanı verdiyi üçün həmçinin prezident Florentino Peres, Xose Anxel Sançesə və rəhbərliyə də təşəkkür etmək istəyirəm.
Biz birlikdə klubun və futbolun tarixinə əbədi yazılacaq anlar yaratdıq. Bu mənim üçün şərəf idi. Çox sağ olun! HALA MADRID!” – deyə Beyl vida məktubunda qeyd edib.
www.RIA24.az