Fransa səmasına daxil olan təyyarənin pilotu yuxuya getdi

Dünya

İtaliya aviaşirkətinin pilotu Fransa hava məkanında nəqliyyatın idarə edilməsi mərkəzinin çağırışlarına cavab vermədiyi üçün döyüş təyyarələri terror xəbərdarlığına keçib.

Belə ki, Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından Roma-Fyumiçino Beynəlxalq Hava Limanına uçan “Airbus A330” təyyarəsi Fransa hava məkanından keçərkən hava hərəkətinə nəzarət mərkəzinin zənglərinə cavab verməyib.

Təyyarə ilə 10 dəqiqə ərzində əlaqə yaratmağın mümkün olmadığını gördükdə Fransanın hava idarəetmə mərkəzi həyəcan vəziyyətinə gətirilib.

Uçuşun qarşısını almaq və vəziyyəti öyrənmək üçün iki Fransa döyüş təyyarəsi təcili olaraq havaya qalxıb.

Terror aktı ilə bağlı xəbərdarlıq edilib.

Peyk telefonları və sonra ACARS (Aircraft Communication Addressing and Reporting System) mesajları vasitəsilə 10 dəqiqə ərzində uçuş heyətinə çatmağa cəhd edilib. 10 dəqiqədən sonra uçuş heyəti ilə əlaqə yaradılıb.

Kapitanın yuxuya getdiyi məlum olduqdan sonra pilot işdən qovulub.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir