Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın verdiyi uzaqmənzilli silahlardan istifadə etməyəcək.
Bu barədə Volodimir Zelenski Amerikanın “Newsmax” telekanalına müsahibəsində deyib.
“Mən bilirəm ki, ABŞ-da bəzi insanlar və Ağ Evdəkilər deyir ki, biz bu silahlardan Rusiyaya hücum etmək üçün istifadə edə bilərik. Baxın, biz Rusiyaya hücum etməyi planlaşdırmırıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
O əlavə edib ki, Ukrayna “Rusiya Federasiyasında maraqlı deyil” və onun ərazisində müharibə aparmır.
“Müharibə bizim ərazimizdə gedir. Onlar (Rusiya. – Red.) bizim ölkəmizə gəliblər. Biz şəhərlərimizi blokadadan çıxarmaq istəyirik. Bunun üçün bizə 100 kilometrə qədər məsafədən zərbə vura bilən silahlar lazımdır”, – deyə Zelenski əlavə edib.
Mənbə: Evropeyskaya pravda
www.RIA24.az