Admiral Linda Feyqan ABŞ Sahil Mühafizəsinin komandiri kimi rəsmi and içərək tarixdə ölkənin silahlı qüvvələrinin ayrı bir qoluna rəhbərlik edən ilk qadın olub.
Mərasimə ABŞ prezidenti Co Bayden də qatılıb.
“Bizə Silahlı Qüvvələrdə ən yüksək vəzifələr tutmaq üçün daha çox qadın lazımdır”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Feyqan ABŞ Sahil Mühafizəsinin komandiri vəzifəsində admiral Karl Şultsu əvəz edib.
Mənbə: TASS
www.RIA24.az