Çərşənbə günü Litva və Türkiyə nümayəndələri Ankarada Litvaya “Bayraktar” döyüş PUA-ları almağa icazə verən müqavilə imzalayıblar.
Ölkə bu cür pilotsuz uçan aparatı və digər avadanlıqları “Laisves TV”nin təşəbbüsü çərçivəsində sakinlərin topladığı pulla alacaq. Bu təşəbbüs alınan PUA-ların Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya verilməsini nəzərdə tutur.
Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilyus Semeşka və Türkiyə Müdafiə Sənayesi Agentliyinin rəhbəri imzalayıblar.
“Biz müqavilə imzaladıq. Bu, siyasi səviyyədə gələcək satınalmalar üçün yaşıl işıq deməkdir”, – deyə Semeşka bildirib.
Cümə axşamı o, “Bayraktar” dron şirkətinin rəhbəri ilə görüşəcək.
Xəbər verdiyimiz kimi, Litvada üç gün ərzində Ukrayna üçün “Bayraktar TB2” pilotsuz təyyarəsinin alınması üçün beş milyon avro toplanılıb.
Mənbə: Yevropeyskaya pravda
www.RIA24.az