Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Kiyev şəhərindən son məlumatları çatdırıb.
O bildirib ki, Kiyevdə həyəcan siqnallarının ardı-arası kəsilmir. Gərginlik davam edir:
“Belə məlumat yayılıb ki, iyun ayında Belarus Respublikası Ukrayna ilə sərhəd olan bölgələrində səfərbərlik ellan edəcək. Bununla da daha çox canlı qüvvə toplanacaq”.
Rus diversantlarının Kiyevə daxil olmasına gəlincə, M.Aslanov bildirib ki, onlar elə əvvəldən Ukraynada olublar:
“Rusiya-Ukrayna müharibəsinin diversiya ilə bağlı özəlliyi odur ki, bu xalqlar uzun müddət bir-biri ilə çox yaxın olublar, hətta onların nümayəndələrinin adları da oxşardır”.
Ətraflı süjeti təqdim edirik:
www.RIA24.az