İngiltərənin paytaxtı Londonda “Animal Rebellion” (“Heyvanların üsyanı”) təşkilatının fəalları kraliçanın ad günü paradını pozmağa cəhd ediblər.
Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal fəalları saxlayıblar. Son məlumata əsasən, üç nəfər saxlanılıb.
Orkestr paradı maneəsiz davam etdirə bilib.
Qeyd edək ki, bu gündən başlayaraq Britaniyada dörd günlük bayram tədbirləri başlayır.
Britaniyalılar II Elizabetin taxt-taca çıxmasının 70-ci ildönümünü qeyd edirlər.
Məlumat üçün qeyd edək ki, “Animal Rebellion” təşkilatı heyvanların və canlı təbiətin qorunub-saxlanılması istiqamətində fəal mübarizə aparır.
Mənbə: Sky News
www.RIA24.az