İstanbulun Fatih Balat bölgəsində sahildə lövbər salan 13.5 metrlik qayıqda səhər saatlarında məlum olmayan səbəbdən anidən yanğın baş verib. Tüstünü görən qayığın sahibi Ramazan Sertkaya və həyat yoldaşı son anda qayıqdan çıxmağı bacarıb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə qrupları sövq edilib və yanğın söndürülərək nəzarət altına alınıb. Yanğın nəticəsində qayığa maddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırma başlayıb.
“Həyat yoldaşımla içəridə idik. Bir anda içəridəki qurğular işə düşdü. İlk olaraq içəri kimsə girdi və qurğuları işə saldı deyə düşündüm. Bir də baxdım ki, hər yer tüstüdür, göz gözü görmür. Həyat yoldaşımı çətinliklə çölə çıxardım. Qapılar bağlı idi. Özümüzü çölə çətinliklə təxliyyə etdik. Sonra yanğınsöndürənlər gəldi”, – deyə qayığın sahibi baş verənləri şərh edib.
Mənbə: Son Dakika
www.RIA24.az