İyunun 3-də səhər saatlarında Yaponiya Xarici İşlər Nazirliyi şübhəli bağlama alıb. Bundan sonra bir qrup istehkamçı quruma çağırılıb.
Bağlama Yaponiya Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarına ünvanlanıb. İstehkamçılar çantadan tüstü bombası, plastik butulka, həmçinin göndərənin adı və ünvanının olduğu məktub tapıblar.
Nazirliyin binası Tokionun mərkəzində hökumət binası rayonunda yerləşir. Xarici İşlər Nazirliyinin girişi polis tərəfindən mühasirəyə alınıb.
Mənbə:TBS
www.RIA24.az