Kuleba: “Ukrayna taxıl ixracı üçün Odessa limanını açmağa hazırdır, amma…” – FOTO

Dünya

Ukrayna məhsullarının Odessa limanı vasitəsilə ixracına maneələrdən biri Rusiyanın bu dəhlizdən istifadə edərək şəhərə hücum edə bilmə ehtimalıdır.

Bu bəyanatla Ukrayna xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində çıxış edib.

“Ukrayna Odessa limanından ixracın bərpası üçün lazımi şərait yaratmağa hazırdır. Məsələ budur ki, Rusiyanın bu ticarət yolundan Odessaya hücum etmək üçün istifadə etməsini necə qarantiya altına almaq olar. Hələlik Rusiyadan heç bir zəmanət yoxdur”, – deyə Dmitri Kuleba qeyd edib.

O əlavə edib ki, Ukrayna BMT və tərəfdaşları ilə birgə həll yolları axtarmağa davam edir.

Mənbə: Ukrainskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir