Britaniya kəşfiyyatına işgəncə izni verilə bilər

Dünya

Böyük Britaniya parlamenti kəşfiyyat zabitlərini, nazirləri və hərbçiləri xarici ölkələrdə ağır cinayətlərdə iştirakla bağlı məsuliyyətdən qorumaq üçün hazırlanmış milli təhlükəsizlik qanun layihəsinə baxmağı planlaşdırır.

Qanun qüvvəyə minərsə hərbçilər, nazirlər və kəşfiyyatçılar qətllərə kömək etmək və ya işgəncədə istifadə üçün məlumatlar əqdim etmək məsuliyyətindən azad olunacaqlar.

Əsas odur ki, onlar öz fəaliyyətlərini rəhbərliklə əlaqələndirsinlər.

Qeyd edək ki, bəzi məmurlar və hüquqşünaslar belə bir qanunun krallığın maraqlarından çıxış edənlərin qeyri-insani hərəkətlərinə sərbəst bəraət qazandırmağa imkan verəcəyini düşünürlər.

Mənbə: life.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir