Podolyak: “Kimsə Rusiyanı alçaltmamağı xahiş edərkən, bu ölkə yeni hücumlara əl atır”

Dünya

Rusiya ukraynalıları öldürməkdə davam edir, bəziləri isə bu ölkəni alçaltmamağı xahiş edir. Moskva Avropadan sərt cavab almalıdır.

Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb.

“Kimsə Rusiyanı alçaltmamağı xahiş etdiyi halda, Kreml yeni məkrli hücumlara əl atır. Bu gün Kiyevə raket hücumlarının yalnız bir məqsədi var – mümkün qədər çox ukraynalının öldürülməsi. Hər bir belə terror aktı Avropa paytaxtlarından sərt cavab almalıdır – yeni sanksiyalar və daha çox silah”, – Podolyak qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevə raket hücumu olub. Paytaxtdadə beşə yaxın partlayış baş verib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, partlayışlar şəhərin Darnitski və Dneprovski rayonlarında baş verib.

Bir müddət sonra Kliçko atəş nəticəsində bir mülki vətəndaşın yaralandığını bildirib. Xoşbəxtlikdən ölən olmayıb.

Mənbə: rbc.ua

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir