Türkiyədə Moldova təyyarəsi saxlanıldı

Dünya

Antalya hava limanında Moldova sərnişin təyyarəsi saxlanılıb.

Bu barədə iyunun 5-də “Air Moldova” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sərnişinlər Antalya hava limanında 9-14 saat vaxt keçirməli olublar.

Moldova mediası təyyarənin aviadaşıyıcının türk şirkətlərinə olan borclarına görə saxlanıldığını yazıb. “Air Moldova” isə bu məlumatları təkzib edib.

“Hazırda “Air Moldova”nın Türkiyə provayderinə faktiki olaraq heç bir borcu yoxdur”, – aviaşirkətin press-relizində qeyd edilib.

Mənbə: rossaprimavera.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir