İtaliyalı teleaparıcı canlı yayımda huşunu itirdi

Dünya

İtaliyanın “La7” telekanalının aparıcısı Massimo Ciletti “Non è l’Arena” verilişinin efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə bir gün əvvəl aldığı müsahibəni müzakirə edərkən huşunu itirib.

Hadisədən dərhal sonra telekanalda reklamlar efirə verilib.

Reklamdan sonra aparıcı yenidən efirə çıxıb.

Jurnalist soyuqdəymə və şəkər çatışmazlığından şikayət edərək tamaşaçıları və qonaqları əmin edib ki, hazırda özünü yaxşı hiss edir.

Mənbə: Fanpage

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir