Baku TV əməkdaşı Ukraynadan xəbər verir: “Kiyev raket atəşinə məruz qalıb” – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov son məlumatları çatdırıb. 

O bildirib ki, son vaxtlar əks-hücumu artıran Ukrayna ordusuna qarşı Rusiya Silahlı Qüvvələri istər Xerson, istərsə də Xarkov istiqamətində ağır artilleriyadan daha çox istifadə edirlər. 

“Hətta söyləyirlər ki, əks-hücuma cavab olaraq ötən gün Kiyevdə Dnepr çayının sol sahilindəki ərazilər beş dəfə raket atəşinə məruz qalıb. Nəticədə zavoda və bir neçə yaşayış evinə ciddi zərər dəyib”, – deyə qeyd edilib.

O da bildirilib ki, hazırda Ukrayna-Rusiya cəbhəsində ən gərgin nöqtələr Nikolayev və Zaporojye istiqamətləridir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir