Gürcüstanda meymunçiçəyinə mümkün yoluxma halı araşdırılır

Dünya

Gürcüstanda meymunçiçəyi şübhəli iki şəxsdən birində yoluxma təsdiqini tapmayıb, ikinci faktla bağlı isə hazırda araşdırma aparılır.

Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Paata İmnadze ölkənin Birinci Kanalına məlumat verib.

O, araşdırma mərhələsində işin təfərrüatları, o cümlədən xəstənin səyahət tarixçəsi barədə danışa bilməyəcəyini deyib.

Mərkəzin məlumatına görə, Gürcüstanda mövcud səpgi halları nəzarət altına alınıb. Bu həftə iki saat ərzində xəstəliyi aşkar etməyə imkan verən PCR testləri ölkəyə çatdırılmalıdır.

Mənbə: apsny.ge

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir