Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Nikolayev şəhərindən son məlumatları çatdırıb.
O bildirib ki, şəhər və ətrafı hər gün artilleriya atəşinə məruz qalır:
“Ötən gün axşam saatlarında Nikolayev intensiv raket atəşinə tutulub. Xoşbəxtlikdən, həmin vaxt sakinlərin çoxu ərazidə olmayıb. Qalanları isə həyəcan siqnalı eşitdikdən sonra zirzəmilərdə gizləndikləri üçün insan tələfatı olmayıb”.
Həmçinin bildirilib ki, bu əraziyə 20-yə qədər raket atılıb. Onların da təqribən 70 faizi Ukrayna Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilib.
Ətraflı süjetdə:
www.RIA24.az