Amerikalı aktyorun gənc oğlu ölü tapıldı

Dünya

Amerikalı məşhur aktyor Cek Vaqnerin oğlu Harrison Vaqner Los-Ancelesdə avtomobil parkında ölü tapılıb.

“Melrose Place” serialı ilə tanınan aktyorun 27 yaşlı oğlunun ölüm səbəbi məlum deyil.

Keçmişində narkotik problemi olduğu bilinən Harrison 2016-cı ilin iyulunda bir həftə yoxa çıxmışdı.

Onun atası Cek Vaqner və anası Kristina Vaqner “General Hospital” serialının çəkiliş meydançasında tanış olublar.

Mənbə: The Sun

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir