İrəvan hava limanında bomba həyəcanı

Dünya

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə siqnal daxil olub.

“İyunun 8-də saat 14:54-də Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub”, – nazirlikdən bildirilib.

Hadisə yerinə xilasedicilər, kinoloqlar, yanğınsöndürənlər və minaaxtaranlar cəlb edilib. Sonradan siqnalın yanlış olduğu məlum olub.

Hazırda hava limanı fəaliyyətini həmişəki qaydada davam etdirir.

Mənbə: “Sputnik Armenia”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir