Kambocada COVID-19 pandemiyası rəsmən başa çatıb.
Cənub-Şərqi Asiya ölkəsinin Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə son 31 gün ərzində COVID-19-a yoluxma halının olmadığı və sonuncu xəstənin sağaldığı açıqlanıb.
Nazirlik ölkənin COVID-19 epidemiyasına nəzarətdə əldə etdiyi uğuru koronavirusa qarşı vaksinlərin təsiri ilə əlaqələndirib.
Qeyd edək ki, Kambocada pandemiyanın başlandığı gündən indiyədək 136 min 262 yoluxma halı aşkarlanıb, 3 min 56 nəfər ölüb.
Səhiyyə Nazirliyi ölkənin 16 milyon əhalisinin 94 faizinə 1 doza, 89 faizinə isə 2 doza COVID-19 peyvəndi verildiyini açıqlayıb. Həmçinin, ölkə əhalisinin 58%-i 3-cü doza, 16%-i isə 4-cü doza COVID-19 peyvəndi alıb.
Mənbə: TRT
www.RIA24.az