Dron Ukraynanın “Su-25” təyyarəsinin düşməni hədəfləməsini lentə alıb – VİDEO

Dünya

Sosial şəbəkələrdə Ukraynaya məxsus “Su-25” hücum təyyarəsinin düşməni necə hədəflədiyini əks etdirən drondan çəkilmiş videogörüntü yayılıb.

Unikal kadrlar “Sağ geri qayıt” (Come Back Alive) Fondunun “Telegram” hesabında nümayiş olunub.

“16-cı Əlahiddə Ordu Aviasiya Briqadasının uşaqları rusiyalıları kələm kimi doğrayırlar. Bizim “Su-25”lərimiz, helikopterlərimiz və kvadrokopterlərimiz ciddi koordinasiyada işləyir və Ukrayna torpaqlarını işğalçılardan təmizləyirlər”, – deyə videoya yazılan başlıqda qeyd edilir.

Bildirilir ki, videogörüntü fondun ukraynalı döyüşçülərə bağışladığı PUA-dan çəkilib.

Mənbə: UNİAN

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir