Kaliforniyada hərbi tiltrotor qəzaya uğradı: Nüvə materialı daşıdığı iddia edilir – VİDEO

Dünya

ABŞ-ın Kaliforniya ştatında hərbi tiltrotor “V-22 Osprey” qəzaya uğrayıb, beş nəfər həlak olub.

Bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun nümayəndəsi məlumat yayıb.

Onun göyərtəsində nüvə materialının olması iddiası isə təkzib edilib:

“Mən təsdiq edə bilərəm ki, “V-22 Osprey” Kaliforniya ştatının Qlamis şəhərində qəzaya uğrayıb. Təyyarədə heç bir nüvə materialı olmayıb”.

Bununla o, bir sıra kütləvi informasiya vasitələrinin təyyarə və helikopterin funksiyalarını birləşdirən tiltrotorun nüvə materialları daşıması ilə bağlı xəbərlərini təkzib edib.

Mənbə: CNN

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir