Çin ordusuna məxsus “J-7” reaktiv qırıcı təyyarəsi Hubey əyalətində yaşayış binasına çırpılıb.
İlkin məlumata görə, insident nəticəsində iki nəfər yaralanıb, bir nəfər həlak olub.
Qırıcının pilotu paraşütlə tullanaraq xilas ola bilib.
Hərbi təyyarənin binaya çırpılması nəticəsində binada yanğın başlayıb.
Hadisə yerinə tibb işçiləri, yanğınsöndürənlər və xilasedicilər cəlb ediliblər.
Hadisənin səbəbləri araşdırılır.
Mənbə: JET News
www.RIA24.az