Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı beynəlxalq müqavilələrə uyğun hərəkət etməyə dəvət edib.
Bu barədə o, İzmirdə keçirilən “Efes-2022” beynəlxalq təlimində çıxışı zaman deyib.
“Bir daha Yunanıstanı hərbi təyinatı olmayan adaların silahlandırılmasını dayandırmağa, beynəlxalq müqavilələrə uyğun hərəkət etməyə çağırırıq. Zarafat etmirəm, ciddi deyirəm. Xüsusən də bu millət qərarlıdır, bu millət bir şeyi deyərsə, arxasınca düşər”, – deyə Ərdoğan bildirib.
Mənbə: Hürriyet
www.RIA24.az