ABŞ-da daha bir atışma hadisəsi baş verib.
Bu dəfə faciə Merilend ştatının Smitsburq şəhərində yerli müəssisələrin birində baş verib. Naməlum şəxs “Columbia Machin” zavodunun ərazisinə soxularaq insanlara atəş açıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər (bəzi mənbələrdə 4 nəfər) yaralanıb.
Daha sonra şübhəli şəxs avtomobillə qaçmağa çalışıb. Təqib zamanı polislər silahdan istifadə etməyə məcbur olublar, nəticədə kişi yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Cinayətin motivi hələlik məlum deyil.
Qeyd edək ki, ilin əvvəlindən ABŞ-da insanların kütləvi güllələnməsi ilə bağlı iyirmidən çox hadisə baş verib. Sonuncu hadisə mayın sonunda Texasda qeydə alınıb. Məktəbdə atışma nəticəsində 18 uşaq və üç böyük qətlə yetirilib.




Mənbə: Mir24
www.RIA24.az