“Xersonda kritik dərman çatışmazlığı var, Mariupol isə böyük vəba epidemiyası təhlükəsi ilə üz-üzədir. May ayından tək-tək vəba halları qeydə alınıb”.
Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında qeyd edilib.
Məlumatda deyilir ki, Mariupolda tibbi xidmətlər artıq kollaps vəziyyətinə yaxındır, vəba epidemiyası isə durumu daha da gərginləşdirəcək.
Latest Defence Intelligence update on the situation in Ukraine – 10 June 2022
Find out more about the UK government’s response: https://t.co/eMOeSJOmbI
?? #StandWithUkraine ?? pic.twitter.com/IncUIxawpK
— Ministry of Defence ?? (@DefenceHQ) June 10, 2022
Kəşfiyyat məlumatlarında o da bildirilir ki, Severodonetsk ətrafında döyüşlər davam edir və Rusiya ordusu şəhərin əksər hissəsini nəzarətdə saxlayır. Bununla belə, Rusiya qüvvələrinin şimal və cənubdan daha geniş ərazini mühasirəyə almaq cəhdi uğursuzluqla nəticələnib.
Mənbə: ZN,UA
www.RIA24.az