Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu barədə Prezidentin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
“Silah, maliyyə, sanksiyalar – Böyük Britaniyanın Ukraynaya dəstəyində ardıcıl olaraq liderliyini nümayiş etdirdiyi üç faktordur. Sözlərin və ünsiyyətin daim hərəkətə çevrildiyi bu həqiqətən real, müştərək işi yüksək qiymətləndiririk. Müdafiə naziri Ben Uollesə və onun komandasına, eləcə də bütünlükdə Böyük Britaniyaya, hökumətə, baş nazirə bu səfər üçün minnətdaram”, – deyə Zelenski qeyd edib.
Görüşün təfərrüatı hələlik məlum deyil.
Mənbə: Ukrainskaya Pravda
www.RIA24.az