Malayziyada ölüm hökmü ləğv edilir

Dünya

Malayziya hökuməti məcburi ölüm hökmünü ləğv etmək qərarına gəlib.

Bu barədə özünün “Twitter” səhifəsində ölkənin parlament və qanunvericilik üzrə naziri Van Cunaidi Tuanku Cəfər yazıb.

Hazırda Malayziyada 11 cinayət növü üzrə, o cümlədən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və terrorizmlə bağlı məcburi cəza kimi ölüm hökmü nəzərdə tutulub.

Bundan sonra isə ölüm hökmü və ya digər cəzanın verilməsi haqqında hakim qərar verəcək.

Dəyişiklikləri ehtiva edən qanun layihəsinin parlamentə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir