Gürcüstan Aİ-yə namizəd statusundan imtina edə bilər

Dünya

“Aİ-yə namizəd statusu Gürcüstana ədalətsiz şərtlərlə verilərsə, respublika ondan imtina etməli olacaq”.

Bu barədə Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin rəhbəri Dmitri Xundadze bəyan edib.

Deputat Avropa Parlamentinin Gürcüstanda medianın vəziyyəti ilə bağlı cümə axşamı qəbul etdiyi qətnaməni tənqid edib. Sənəddə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının təsisçisi, keçmiş baş nazir Bidzina İvanişviliyə qarşı Gürcüstan demokratiyasına mənfi təsir göstərdiyinə görə şəxsi sanksiyaların tətbiqi imkanlarına baxılmasına çağırılır. Qətnamədə həmçinin Gürcüstan hökuməti eks-prezident Mixail Saakaşvilini və müxalifət telekanalı Mtavari Arxinin keçmiş baş direktoru Nika Qvaramiyanı həbsdən azad etməyə çağırıb.

“Bu, gürcü xalqına qarşı açıq təhqir idi. Üstəlik, mən müstəqillik dövründə Gürcüstana qarşı belə ədalətsiz Avropa görməmişəm. Biz status almaq naminə şərəfimizdən əl çəkmərik”, – deyə o, əlavə edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili martın 3-də namizəd statusu üçün Aİ-yə ərizə göndərib.

 

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir