İspaniyanın “Barselona” futbol klubunun maliyyə vəziyyəti kirtikdir. Bunu kataloniyalıların iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu deyib.
O, klubun hazırkı iqtisadi durumunu belə xarakterizə edib:
“Böhranlı vəziyyət hələ davam edir, lakin ötən illə müqayisədə bizim üstünlüyümüz var – hansı mövqedə olduğumuzu bilirik və mövcud problemləri müəyyən etmişik. Dramın nədən ibarət olduğundan xəbərimiz var”.
Romeu bu vəziyyətdən çıxmaq üçün lazım olan məbləği də açıqlayıb:
“Ən böyük zərər mövcud disbalansdan qaynaqlanır. Bizim kəsirimiz 500 milyon avrodur. Heç nə etməsəydik, bu məbləğə daha 150 milyon avro əlavə oluna bilərdi. “Barca”nı xilas etmək üçün lazım olan məbləğ 500 milyon avrodur”.
Mənbə: Sports.ru
www.RIA24.az