Ukraynanın Aİ üzvlüyünə qarşı çıxan ölkələr bəlli oldu

Dünya

Niderland və Danimarka Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinin əleyhinədir.

Bu barədə “Bloomberg” məlumat verib.

Qeyd olunur ki, Danimarka Ukraynanın demokratiya, qanunun aliliyi, insan hüquqları, azlıqlara hörmət və müdafiəni təmin edən qurumların sabitliyi ilə bağlı meyarlara kifayət qədər cavab vermədiyini, Kiyevin bütün bu sahələrdə irəliləyişə nail olmaq üçün qanunvericilik və institusional bazasını əsaslı şəkildə təkmilləşdirməsinin lazım olduğunu bildirib.

Danimarka əmindir ki, Ukrayna hazırda Aİ-yə üzv olmaq, səmərəli bazar iqtisadiyyatı yaratmaq və ya vahid bazarda rəqabətədavamlı olmaq üzrə hazırlığın “ümumiyyətlə çox erkən mərhələsindədir”.

Mənbə: Ukrainskaya Pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir