Rusiya ordusu Slavyansk və Severskə hücuma hazırlaşır

Dünya

Rusiya ordusu Ukraynanın Slavyansk və Seversk bölgələrinə hücuma hazırlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” hesabında qeyd olunub.

“Düşmən əsas səylərini qoşunlarını Slavyanska hücuma hazırlamağa cəmləşdirir. Pasika-Boqorodiçnoye istiqamətində hücum əməliyyatları aparır. Boqorodiçnoyenin şimal-qərb sərhədlərində möhkəmlənməyə çalışır. Limanski istiqamətində düşmən Slavyansk və Severskə hücuma hazırlıq məqsədilə qoşunları yenidən qruplaşdırır, döyüş sursatlarını artırır”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, Xarkov istiqamətində Rusiya ordusu əsas səylərini müdafiəyə və Ukrayna qoşunlarının dövlət sərhədinə daha da irəliləməsinin qarşısının alınmasına yönəldir.

Mənbə: UNİAN

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir