İranın Rəzəvi Xorasan əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, əyalətin Bəcistan-Feyzabad yolunda hərəkət edən avtobusun aşması nəticəsində 3 sərnişin ölüb, 25 nəfər yaralanıb.
İranın Fövqəladə Hallar İdarəsinin sözçüsü Müctəba Xalidi bildirib ki, qəzadan sonra hadisə yerinə 8 təcili yardım maşını göndərilib.
Hadisənin baş vermə səbəbi və digər təfərrüatı barədə hələlik ətraflı məlumat verilməyib.
www.RIA24.az