Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın Aİ-yə üzvlük müraciəti ilə bağlı danışıqlar aparmaq üçün şənbə günü Kiyevə gəlib.
Əvvəllər ictimaiyyətə açıqlanmayan səfər haqqında Leyen “Twitter” hesabında yazıb.
“Kiyevə qayıtmaq çox xoşdur. Prezident Zelenski ilə birlikdə bərpa prosesləri və Ukraynanın Avropa yolunda əldə etdiyi irəliləyişlər üzrə birgə işlərin nəticələrini ümumiləşdirəcəyəm”, – deyə Avropa Komissiyasının rəhbəri qeyd edib. Həmçinin Ukrayna dilində “Avropa sizinlədir” ifadəsini də çıxışına əlavə edib.
Avropa Komissiyasının gələn cümə günü Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilib-verilməməsi ilə bağlı öz qiymətləndirməsini dərc etməsi gözlənilir. Aİ liderləri 23-24 iyun tarixində keçiriləcək sammitdə statusun verilməsi məsələsini nəzərdən keçirəcəklər.
Daha əvvəl bildirilirdi ki, Leyenin səfərində məqsədi Prezident Zelenskiyə vəziyyəti şəxsən izah etmək və Kiyevin Aİ sammitinin mənfi qərarının qarşısını necə ala biləcəyi ilə bağlı təkliflər təqdim etməkdir.
Mənbə: Ukrainskaya pravda
www.RIA24.az