İtaliyanın Luka şəhərindən havaya qalxdıqdan sonra radarlardan itən helikopterin axtarışları səhər saatlarından yenidən davam etdirilib. Onun düşdüyü yer nəhayət müəyyən olunub.
Dördü türkiyəli olmaqla yeddi sərnişinin olduğu helikopterin qalıqları, eləcə də beş nəfərin cəsədi aşkarlanıb.
Xatırladaq ki, helikopter Treviso şəhərinə doğru hərəkət edərkən dağlıq, meşəlik ərazidə pis hava şəraitinə məruz qaldıqdan sonra radardan itib.
Helikopterdə yeddi nəfər, o cümlədən kağız texnologiyaları sərgisində iştirak edən Əczaçıbaşı İstehlak Məhsulları firmasında çalışan türkiyəli dörd iş adamı olub.
Mənbə: Reuters
www.RIA24.az