Türkiyədə qəzadan sonra yaddaşını itirən qadın barədə həkimin məsləhətindən sonra yaxınları ona silahla hücum edib.
Hadisə İstanbul şəhərinin Esenyurt rayonunda baş verib.
Belə ki, xidməti avtomobilin arxasında gizlənən şəxs küçədən keçən qadınlara pnevmatik tapançadan atəş açaraq qaçıb. Hadisə zamanı hər iki qadın xəsarət almayıb.
Ərazidə araşdırma aparan polis qrupları hadisəni törədən şəxsi yaxalayıblar. Məlum olub ki, hadisə bilərəkdən törədilib. Hücuma məruz qalan qadınlardan biri yaddaşının itməsindən əziyyət çəkib. Yaddaş bərpası üçün həkim “onun şoka düşməsinin lazım olduğunu” deyib.
Bu səbəbdən qohumları belə bir plan qurublar. Qadın qohumundan şikayətçi olmayıb.
Mənbə: Hürriyet
www.RIA24.az