Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi yalanlarda ittiham edib.
O, bu barədə Vanda gənclərlə görüşündə bildirib.
“Aldada bilməzsən, Miçotakis (Yunanıstanın baş naziri – red.). Deyəndə ki, o bazaları niyə tikmisən, rusların əleyhinə deyirlər. Nə etdin, Ukraynaya qarşı ruslara dəstək oldun? Hər şeyi yalan. Qərbə etibar yoxdur. O gündən bəri gördükləri işlərlə, hətta Avropa İttifaqı məsələsilə də başımızı qatırlar. Niyə? Bunlarda yalanlar baş alıb gedib”, – deyə dövlət başçısı bəyan edib.
Mənbə: “Haber Global”
www.RIA24.az