“Adidas” “Nike”ı məhkəməyə verdi

Dünya

Almaniyanın idman malları istehsalçısı “Adidas” patent pozuntusuna görə rəqibi “Nike”ı məhkəməyə verib.

Bir neçə gün öncə Texasın Şərq dairəsində qaldırılan məhkəmə iddiasına görə, “Nike” “Adidas”ın doqquz patentini pozub.

Xüsusilə, alman istehsalçısı ABŞ-ın “Nike SNKRS” şirkətinin tətbiqinin “Adidas Confirmed” xidməti ilə eyni funksiyalara malik olduğunu bildirib.

Bundan əlavə, qeyd olunur ki, ayaqqabıların ayağın xüsusiyyətlərinə uyğunlaşmasına imkan verən sistemə malik “Nike Adapt” smart idman ayaqqabısının ideyası 2005-ci ildə buraxılan və “dünyanın ilk ağıllı ayaqqabısı” olan “Adidas_1” idman ayaqqabısından götürülüb.

Tələb olunan kompensasiyanın məbləği dəqiqləşdirilməyib.

Mənbə: lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir