Kataloniyada Barselona-Tortosa marşrutu üzrə hərəkət edən sərnişin qatarının yük qatarının lokomotivi ilə toqquşması nəticəsində azı 29 nəfər xəsarət alıb.
Bu barədə muxtariyyətin Mülki Müdafiə Baş İdarəsinin yaydığı press-relizdə deyilir.
Bildirilir ki, hadisə Tarraqona əyalətinin Vila-seka yaşayış məntəqəsində baş verib.
Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb. Baş verənlərlə bağlı araşdırmalara başlanılıb.
Mənbə: TASS
www.RIA24.az