Polşa Belarusla sərhəddə inşa etdirdiyi səddin 140 kilometrlik hissəsinin tikintisini başa çatdırıb.
Bu barədə Polşa Sərhəd Xidməti məlumat verib.
“Artıq divarın bir hissələrinin istismara verilməsinə başlanılıb, orada sərhəd xidmətinin nəzarəti təşkil edilib”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, Polşa qanunsuz miqrantların ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün Belarusla sərhəddə səddin tikintisinə başlayıb.
Belarusun Latviya, Litva və Polşa ilə sərhədində vəziyyət 2021-ci il noyabrın 8-dən sonra gərginləşib. Minlərlə miqrant Belarus tərəfdən Polşa sərhədinə yaxınlaşıb, bəziləri bu ölkənin ərazisinə keçməyə cəhd ediblər.
Mənbə: Strazgraniczna.pl
www.RIA24.az