Sakit Okeanda gərginlik artır: Çin yeni ortağı ilə təlimə başladı

Dünya

ABŞ və Tayvanın Sakit okeanda gərginliyi artıran hərəkətlərindən sonra Çin yeni addım atıb.

Solomon Adaları Çin polisinin adadakı həmkarlarına təlim keçməyə başladığını açıqlayıb.

İlk təlimlər 7-11 iyun tarixlərində paytaxt Honiaranın qərb ətrafı Rovedə Kral Solomon Adaları Polis Qüvvələrinin (RSIPF) qərargahında keçirilib.

“Təhlükəsizlik məsələləri inkişaf edir və hələ də bu ölkəyə təhdiddir və buna görə də RSIPF bu təhdidlərlə mübarizə aparmaq üçün yaxşı hazırlaşmalıdır”, – deyə RSIPF bildirib.

Solomon Adaları hökuməti açıqlamasında bildirib ki, təlim “əsas avadanlıqlarla işləmə bacarıqları, əsas sağ qalma bacarıqları, özünümüdafiə və əks-hücum, duruş və hərəkət” təcrübələrini əhatə edir.

Təlim Avstraliya və Çin arasında onsuz da gərgin olan əlaqələri daha da pisləşdirib.

Qərb Pekini Solomon adalarında hərbi baza yaratmağa çalışmaqda ittiham edib, Avstraliyanın keçmiş baş naziri Skott Morrison isə bu cür addımları “qırmızı xətt” adlandırıb.

ABŞ Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink xəbərdarlıq edib ki, belə bir baza yaranarsa, Vaşinqton “əhəmiyyətli narahatlıqlar keçirəcək və bu narahatlıqlara çox təbii cavab verəcək”.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir