Şahzadə Harri Kaliforniyada dostları ilə polo oynayarkən atdan yıxılıb.
Hadisə Şahzadə Harrinin Santa-Barbaradakı polo klubunda “Los Padres” komandasında çıxış etdiyi zaman baş verib.
Qeyd olunur ki, komanda sonda 12-11 hesabı ilə uduzub. Lakin paparatsilərin çəkdikləri fotolarda Sasseks hersoqu sıxıntılı görünmür – onun dostları, amerikalı müğənni Ketrin Marfi, onun həyat yoldaşı, bəstəkar Devid Foster və oğulları Renni ilə gözəl vaxt keçirdiyi aydın görünür.













Mənbə: Daily Mail
www.RIA24.az