“Netflix” Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” (“The Squid Game”) serialının ikinci mövsümünün tizerini yayımlayıb.
Müvafiq video şirkətin rəsmi “Twitter” səhifəsində dərc edilib.
“Qırmızı işıq… Yaşıl işıq! “Squid Game” rəsmi olaraq ikinci mövsümü ilə geri dönür”, – deyə platformanın açıqlamasında deyilir.
Layihənin rəsmi buraxılış tarixi hələ açıqlanmayıb. Bununla belə, sosial şəbəkədə serialın ikinci mövsümünün 2024-cü ildə çıxacağı barədə məlumat yayılıb.
Rejissor Hvanq Donq-Hek də öz növbəsində birinci mövsümün baş qəhrəmanı Son Ki Hunun yenidən filmə çəkilib-çəkilməyəcəyinə aydınlıq gətirib.
Hwang Dong-Hyuk writer, director, producer, and creator of @squidgame has a message for the fans: pic.twitter.com/DxF0AS5tMM
— Netflix (@netflix) June 12, 2022
Mənbə: Arqumentı i Faktı
www.RIA24.az