Ərdoğan: “2023-cü ilin birinci rübündən etibarən Qara dəniz qazı evlərdə istifadə ediləcək”

Dünya

2023-cü ilin birinci rübündən etibarən Qara dənizdən hasil olunan təbii qaz Türkiyədə məişət istehlakçıları tərəfindən evlərdə istifadə edilə biləcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qaz kəmərinin çəkilişi üçün suya ilk borunun endirilmə və qaynaq mərasimində çıxış edərkən bildirib.

“Bu gün bismillah deyərək ilk boruları suya salırıq, sonra ilk qaynağımızı edəcəyik. İnşallah gələn ay ilk qazı dənizin dərinliyindən çıxaracağıq. Eyni zamanda, təbii qazı milli paylama şəbəkəsinə daşıyacaq quruda boru kəmərinin tikintisinə başlayırıq. İnşallah noyabrın ilk həftələrində bunu başa çatdıracağıq. İlk qazdan evlərdə 2023-cü ilin birinci rübündən istifadə olunacaq. 2023-cü ildə sistemə gündə 10 milyon kubmetr qaz daxil olacaq”, – deyə dövlət başçısı bəyan edib.

Mənbə: “Haber Global”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir