“Avstriyalıların ən zəngin 5%-nin sərvəti pandemiya və inflyasiyanın yaratdığı dövlət xərclərinin artımını maliyyələşdirmək üçün vergiyə cəlb edilməlidir”.
Bu barədə sosial məsələlər naziri Yohannes Raux deyib.
“Yaşıllar” partiyasının naziri hesab edir ki, sərvətin yenidən bölüşdürülməsi üçün Avstriyada 450 min insan pul ödəməlidir.
“İndi son 15 ildə sərvətlərini əhəmiyyətli dərəcədə artıran məhz o 5%, əgər ümumiyyətlə 5%-dirsə, xərclərin idarə edilməsi və bu böhranların aradan qaldırılması da daxil olmaqla ədalətli töhfə verməlidirlər”, – deyə o qeyd edib.
“Yaşıllar”ın koalisiya ortağı olan Mühafizəkarlar Partiyası sərvət vergisini dəstəkləmir. NEOS liberal partiyası da sərvət vergisinə qarşı çıxaraq bunu “iqtisadi dəlilik” adlandırır.
Mənbə: Yevropeyskaya pravda
www.RIA24.az