“Sümüklər üzərində rəqs”: Rusiya Mariupolda bombalanmış dram teatrını yenidən açacaq

Dünya

“Rusiyalı işğalçılar sentyabr ayında bombalanmış Mariupol Dram Teatrında yeni mövsümü açmaq niyyətindədirlər”.

Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko “Telegram” hesabında bildirib.

“Mariupoldakı Dram Teatrı sentyabrın 10-da açılmalıdır, yeni mövsüm iki-üç rəqs və estrada konsert nömrələri, həmçinin teatr tamaşası ilə açılacaq”, – deyə Andryuşşenko işğal administrasiyasının rəsmi məlumatından sitat gətirib.

“Sümüklər üzərində rəqs, məzarlıqda tamaşa… Və işğalçılar hər şeyi əməkdaşlıq etdikləri ilə birlikdə təşkil edirlər. Növbəti dəfə ikiüzlü Rusiya yenidən humanizm haqqında nəsə danışmağa başlayanda sadəcə bu xəbəri xatırlayın”, – deyə o qeyd edib.

Mənbə: Ukrainskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir