İsveçdə 1991-ci ildən bəri ən yüksək 7,2% inflyasiya qeydə alınıb.
Bu barədə krallığın statistika idarəsi məlumat yayıb.
Qeyd edilir ki, 2022-ci ilin aprelindən etibarən inflyasiya birdən-birə 1% artıb. Bu şəraitdə qiymət artımı ilk növbədə elektrik enerjisinə, yanacağa, ərzaq və yüngül sənaye mallarına təsir edib. Mütəxəssislər bunu enerji qiymətlərinin artması ilə əlaqələndirirlər.
Danimarkada da rekord 7,4% illik inflyasiya qeydə alınıb. Bunun əsas səbəbi Danimarkanın Rusiya qazını rublla almaqdan imtina etməsi olub ki, bu da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.
Mənbə: TASS
www.RIA24.az